İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Sky Sport İtalia"ya istinadla xəbər verir ki, "zadəganlar" komandadan ayrılacağı gözlənilən Romelu Lukakuya əvəzləyici tapıb.

Belə ki, London təmsilçisi belçikalı hücumçunu "Yuventus"un forvardı Dusan Vlahoviçlə əvəzləmək niyyətindədir.

Hazırda tərəflər arasında danışıqlar aparılır.