“Fulhem” klubu hücumçu Kallum Hadson-Odoi üçün “Çelsi”yə təklif göndərib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı ingiltərəli futbolçu üçün təxminən 4 milyon funt-sterlinq ödəməyə hazırdır. “Zadəganlar” isə 8 milyon funt-sterlinq tələb edir. “Fulhem” müqavilənin yaxın günlərdə imzalanacağına əmindir.
Qeyd edək ki, Hadson-Odoi ötən mövsüm “Bayer” (Leverkuzen) klubunda icarə əsasında çıxış edib.