"Brayton" klubunun yarımmüdafiəçisi Moizes Kaysedo karyerasını "Çelsi"də davam etdirə bilər.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 21 yaşlı ekvadorlu futbolçunun keçidi üçün razılıq verilib.
Belə ki, "qağayılar"ın baş məşqçisi Roberto da Zerbi onun "zadəganlar"a satılmasına razıdır.
Bildirək ki, Kaysedonun transfer dəyəri 75 milyon avrodur.