İngiltərənin "Çelsi" klubu "Brayton"un tələbini rədd edib.

 Offsideplus.az xəbər verir ki, "zadəganlar" "qağayılar"ın yarımmüdafiəçisi Mozes Kaysedonu transfer etmək istəsə də, onun üçün tələb olunan məbləği ödəməkdən imtina edib.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

Xəbərə görə, "Brayton" 21 yaşlı futbolçu üçün qarşı tərəfdən 80 milyon avro tələb edib.