"Çelsi" klubunun yeni baş məşqçisi Maurisio Poçettino Konor Qallaherin komandadan göndərilməsini istəmir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis 23 yaşlı mərkəz yarımmüdafiəçisinin xidmətindən yararlanmaq fikrindədir.

O, Qallaherin "zadəganlar"ın orta xəttində komandaya çox xeyir verəcəyini düşünür. 

Bildirək ki, sözügedən futbolçunun "Çelsi" ilə 2025-ci ilədək müqaviləsi var.