İngiltərənin "Arsenal" klubu sıralarını yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Ayaks"ın yarımmüdafiəçisi Məhəmməd Kudus üçün hərəkətə keçib.
Məlumata görə, 22 yaşlı qanalı futbolçu "topçular"ın bu yay üçün əsas transfer hədəflərindən biridir.
Bildirək ki, Kudusun "Ayaks"la 2025-ci ilədək müqaviləsi var.