İngiltərənin "Mançester Yunayted" klubu sıralarını yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "Sky Germany"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Münhen "Bavariya"sının mərkəz yarımmüdafiəçisi Leon Qoretska üçün hərəkətə keçib.

Mənbənin yazdığına görə, "Qırmızı şeytanlar" 28 yaşlı almaniyalı oyunçu üçün 40 milyon avro ödəməlidir. 

"Bavariya" rəhbərliyi də təcrübəli futbolçunu satmağa hazırlaşır.