Səudiyyə Ərəbistanının "Əl-Ettihad" klubu sıralarını yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, sözügedən klub "Liverpul"un yarımmüdafiəçisi Fabinyo üçün hərəkətə keçib.
Məlumata görə, "Əl-Ettihad" rəhbərliyi 29 yaşlı braziliyalı oyunçu üçün 40 milyon avro təklif edir.