İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az ABC-yə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Madrid "Atletiko"sunun hücumçusu Joao Feliks üçün hərəkətə keçib.

Məlumata görə, Mançester təmsilçisi 23 yaşlı portuqaliyalı futbolçunu icarəyə götürmək niyyətindədir. Feliks özü də İngiltərəyə qayıtmaq istəyir.

Bildirək ki, o, son mövsümü icarə əsasında "Çelsi"də keçirib.