İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Ayaks"ın mərkəz müdafiəçisi Jurrien Timverlə anlaşmağa yaxındır.

Məlumata görə, "topçular" 22 yaşlı niderlandlı üçün qarşı tərəfə 42 milyon avro ödəməyə hazırdır.

 Bildirək ki, Timberin "Ayaks"la 2025-ci ilədək müqaviləsi var.