"Vilyarreal" klubunun mərkəz hücumçusu Nikolas Cekson karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, forvardın xidmətində "Çelsi" maraqlıdır. Hazırda danışıqlar yekunlaşmaq üzrədir.

London təmsilçisinin rəhbərliyi 22 yaşlı futbolçu üçün qarşı tərəfin istədiyi 35 milyon avronu ödəməyə hazırdır.

2021-ci ildən "Vilyarreal"da oynayan seneqallı hücumçu "Mirandes"də icarə əsasında da çıxış edib.