İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, London təmsilçisi, Niderland "Ayaks"ının mərkəz müdafiəçisi Jurien Timberi sıralarına qatmaq niyyətindədir.

İlk cəhdi uğursuz olan "topçular" 22 yaşlı futbolçu üçün ikinci dəfə təklif göndərməyə hazırlaşır.

Bildirək ki, Timberin "Ayaks"la 2025-ci ilədək müqaviləsi var.