İngiltərənin "Lids Yunayted" klubunun yarımmüdafiəçisi Tayler Adams iş yerini dəyişə bilər.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə "Aston Villa" yaxından maraqlanır.
Məlumata görə, ABŞ-li futbolçu yaxın günlərdə "Aston Villa" ilə müqavilə imzalaya bilər.
Bildirək ki, Adamsın "Lids Yunayted"lə 2027-ci ilədək müqaviləsi var.