İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirib.

 Offsideplus.az xəbər verir ki, London təmsilçisi, "Vilyarreal"ın mərkəz hücumçusu Nikolas Ceksonla razılaşıb.

Bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano yayıb.

Xəbərə görə, "Çelsi" 22 yaşlı seneqallı forvard üçün La Liqa klubuna 35 milyon avro ödəyib.