"Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Telegraph"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Filipsi sıralarına qatmaq niyyətindədir.

"Qırmızılar" bu məqsədlə qarşı tərəfə təklif yollamağı düşünür.

Bildirək ki, Filipsin "şəhərlilər"lə 2028-ci ilədək müqaviləsi var.