İngiltərənin "Mançester Siti" klubunun sağ cinah müdafiəçisi Kayl Uolker iş yerini dəyişmək istəyir.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu Münhen "Bavariya"sına keçmək istəyir.

O, Bundesliqa təmsilçisindən təklif gözləyir.

Bildirək ki, Uolkerin MS ilə 2024-cü ilədək müqaviləsi var.