İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, London təmsilçisi, "Vilyarreal"ın mərkəz hücumçusu Nikolas Cekson üçün hərəkətə keçib.

"Zadəganlar" 21 yaşlı seneqallı futbolçu üçün danışıqlara başlayıb.

Bildirək ki, Ceksonun La Liqa klubu ilə 2026-cı ilədək müqaviləsi var.