"Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, "zadəganlar" "Brayton"un yarımmüdafiəçisi Moizes Kaysedo transferində israrlıdır.

"Çelsi" rəhbərliyi 21 yaşlı ekvadorlu futbolçu üçün yenidən cəhd edəcək.

Qeyd edək ki, Kaysedonun "qağayılar"la 2027-ci ilədək müqaviləsi var.