"Vest Hem" klubu Konfrans Liqasının finalında "Fiorentina"ya qalib gələrək çempion olub. 

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu ilə bağlı maraqlı statistika diqqəti cəlb edib. Cari mövsüm Konfrans Liqasında 12 qalibiyyət yaşayan "Vest Hem" Premyer Liqada cəmi 11 qələbəyə sevinib.

Qeyd edək ki, "Vest Hem" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

 

Günay Xəlil