İngiltərənin "Nottinqem Forest" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, sözügedən klub, "Lids Yunayted"in yarımmüdafiəçisi Tayler Adamsı sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, "Nottinqem Forest" rəhbərliyi 24 yaşlı ABŞ-li futbolçu üçün qarşı tərəfə təklif göndərib.

Qeyd edək ki, Adamsın "Lids Yunayted"lə 2027-ci ilədək müqaviləsi var.