İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "zadəganlar" "Brayton"un yarımmüdafiəçisi Moizes Kaysedo üçün hərəkətə keçib.

"Çelsi" 21 yaşlı futbolçunun keçidini yayda həll etməyi düşünür.

Qeyd edək ki, Kaysedonun "Brayton"la 2027-ci ilədək müqaviləsi var.