İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Sport1"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Bavariya"nın sağ cinah müdafiəçisi Bencamin Pavardla güclənmək niyyətindədir.

Məlumata görə, "şəhərlilər" 27 yaşlı futbolçunun qərarını gözləyir. Çünki Münhen təmsilçisi onu satmağa hazırdır.

Qeyd edək ki, Pavardın "Bavariya" ilə 2024-cü ilədək müqaviləsi var.