Cari mövsüm Premyer Liqada uğursuz çıxış edən "Çelsi" baş məşqçi postu üçün Maurisio Poçettino ilə müqavilə imzalayıb.

 Offsideplus.az xəbər verir ki, belə bir iddia ilə insayder Fabritsio Romano öz "Tvitter" hesabında məlumat verib. Xəbərə görə, iki həftə öncə argentinalı mütəxəssislə şifahi razılıq əldə edən London klubu çalışdırıcı ilə 3 illik müqavilə imzalayıb. 

Poçettinonun gələn həftə "Çelsi"də öz işinə başlayacağı bildirilir.

Qeyd edək ki, "zadəganlar"ı müvəqqəti olaraq Frenk Lempard çalışdırırdı. 

Fəqan İbrahimli