İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, London təmsilçisi, "Yuventus"un mərkəz yarımmüdafiəçisi Adrien Rabyonu sıralarına qatmağa yaxındır.
28 yaşlı fransalı futbolçunun yayda "topçular"ın sıralarına qoşulacağı gözlənilir.



