"Liverpul" klubunun baş məşqçisi Dortmund "Borussiya"sının futbolçusunu sərəncamında görmək istəyir.
Offsideplus.az "Mirror"a istinadla xəbər verir ki, söhbət Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Cud Bellingemdən gedir.
Almaniyalı mütəxəssis 19 yaşlı futbolçunu yayda komandasında görmək niyyətindədir.
Qeyd edək ki, Bellingemlə "Real" da yaxından maraqlanır.