"Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysa daha bir "elçi" var.
Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, 24 yaşlı futbolçu üçün "Mançester Siti" də dövrəyə girib.
Bundan əvvəl isə "Arsenal" onu transfer etmək üçün hərəkətə keçmişdi. "Topçular" Deklan Rays üçün qarşı tərəfə 90 milyon avro təklif edib.
Qeyd edək ki, adıçəkilən futbolçunun "Vest Hem"lə 2024-cü ilədək müqaviləsi var.