"Sanderlend" Cud Bellinqemin qardaşı Cob transfer edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

2005-ci il təvəllüdlü yarımmüdafiəçi 3 milyon funt sterlinqə "Birminqem"dən "Sanderlend"ə keçid edəcək. Futbolçu növbəti 10 gün ərzində tibbi müayinədən keçəcək.

 

Günay Xəlil