İngiltərənin "Çelsi" klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "zadəganlar" "Brayton"un yarımmüdafiəçisi Aleksis mak Allisteri sıralarına qatmaq istəyir.

"Çelsi"nin yeni baş məşqçisi olacağı gözlənilən Maurisio Poçettino 24 yaşlı futbolçunu sərəncamında görmək niyyətindədir.

Mak Allisterin "qağayılar"la 2025-ci ilədək müqaviləsi var.