İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "topçular" yayda "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı sıralarına qatacaq.

Məlumata görə, "ağ-qırmızılar" 24 yaşlı ingiltərəli futbolçu üçün 120 milyon avrosundan keçəcək.

Qeyd edək ki, Deklan Raysın "çəkicdöyənlər"lə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununadək qüvvədədir.