"Mançester Yunayted" qapıçısı David De Xeanın müqaviləsinin artırılması ilə bağlı danışıqları davam etdirir.

 Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "tvitter"də məlumat verib. "Qırmızı şeytanlar" ispaniyalı qolkiperlə sözləşmədə yer alan sonradan bir il artırmaq maddəsi ilə yox, fərqli maaş və yeni şərtlərlə müqavilə uzatmaq fikrindədir. 

De Xeanın da "Mançester Yunayted"də qalmaq istədiyi bildirilir.