İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kalvin Filips yayda komandasını dəyişə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu "Vest Hem"ə keçə bilər.

"Çəkicdöyənlər" Filips üçün qarşı tərəflə razılıq əldə edib.

Qeyd edək ki, adıçəkilən oyunçunun MS ilə 2028-ci ilədək müqaviləsi var.