İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "90min"ə istinadla xəbər verir ki, "çəkicdöyənlər" "Mançester Siti"nin müdafiəçisi Kayl Uolkeri sıralarına qatmaq istəyir. 

"Vest Hem" rəhbərliyi 32 yaşlı futbolçu üçün qarşı tərəfə təklif yollamağa hazırlaşır.

Qeyd edək ki, Uolker 2017-ci ildən MS-də çıxış edir.