İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "canavarlar" "Barselona"nın 20 yaşlı sol cinah vingeri Ansu Fatini transfer etməyi hədəfləyir.

Premyer Liqa təmsilçisi Fati üçün qarşı tərəfə 30 milyon avro, üstəgəl, yarımmüdafiəçisi Ruben Nevesi təklif edir.