İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın tanınmış futbolçusu ilə maraqlanır.
Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Andres Kristenseni komandasında görmək istəyir.
Məlumata görə, MY 27 yaşlı danimarkalı futbolçu üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kristensenin "Barselona" ilə 2026-cı ilədək müqaviləsi var.