İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Offsideplus.az "Calciomercatoweb"ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya "İnter"inin argentinalı hücumçusu Lautaro Martinezi sıralarına qatmaq niyyətindədir.

MY rəhbərliyi 25 yaşlı forvard üçün qarşı tərəfə 50 milyon avro ilə yanaşı, futbolçusu Antoni Marsyalı da təklif edir.

Bildirək ki, Martinezin "İnter"lə 2026-cı ilin yayınadək müqaviləsi var.