"Lids Yunayted"in yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu  Xavi Qarsiyanı istefaya göndərib. Baş məşqçi vəzifəsini iyun ayınadək Sem Ellardays icra edəcək. 

Qeyd edək ki, Qarsiya 2023-cü ilin fevralında baş məşqçi vəzifəsinə təyin olunmuşdu. Komanda 30 xalla turnir cədvəlində 20 komanda arasında 17-ci yerdədir.