Sem Ellardays "Lids Yunayted"in yeni baş məşqçisi olacaq. 

Offsideplus.az xəbər verir ki, Xavi Qarsiya növbəti saatlarda istefaya göndəriləcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Ellardays ilə cari mövsümün sonunadək müqavilə imzalanacaq.

Qeyd edək ki, Qarsiya 2023-cü ilin fevralında baş məşqçi vəzifəsinə təyin olunmuşdu. Komanda 30 xalla turnir cədvəlində 20 komanda arasında 17-ci yerdədir.