"Çelsi" klubu baş məşqçi vəzifəsi ilə bağlı Maurisio Poçettino ilə də əlaqə saxlayıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Buna baxmayarq, Yulian Naqelsmann hələ də baş məşqçi postuna "zadəganlar" üçün favoritdir. 

Danışıqlar davam edir, "Çelsi" gələn mövsüm komandanın sükanı arxasına düzgün baş məşqçini gətirmək istəyir. 

Qeyd edək ki, Frenk Lempard "Çelsi"də müvəqqəti baş məşqçi vəzifəsini icra edir.