"Liverpul"un ulduzu Mohamed Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, misirli hücumçu "Lids Yunayted"ə qarşı Premyer Liqa oyununda fərqlənib. O, 39-cu dəqiqədə sol ayağı ilə topu rəqib qapısından keçirib.

Beləliklə, Salah İngiltərə Premyer Liqasında sol ayaqla ən çox qol vuran futbolçu olub: 106 qol.