“Vest Hem” klubunun hücumçusu Canluka Skamakka sosial şəbəkə hesabında paylaşım edib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı forvard bildirib ki, mövsümün qalan hissəsində zədə səbəbilə komandasına kömək edə bilməyəcək.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb və 8 qol vurub.