“Brayton” klubunun yarımmüdafiəçisi Aleksis Makallister mövsümün sonunda komandanı tərk edəcək.

Offsideplus.az xəbər verir ki, bunu futbolçunun atası Karlos Makallister Britaniya mətbuatına açıqlamasında deyib.

Argentinalı futbolçu ilə “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”un ciddi maraqlandığı bildirilir. “Brayton” son dünya çempionunun satışından 60 milyon avrodan çox gəlir əldə etməyi düşünür.