Pep Qvardiola "Mançester Siti"dən icarə əsasında "Bavariya"da çıxış edən Joau Kanselo barədə açıqlama verib. 

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis "Siti"yə dönməsi gözlənilən oyunçu barədə bu sözləri deyib:

"Kanselo hər zaman bizim üçün vacib oyunçu olub. Bizim üçün keçmişdə və bəlkə də gələcəkdə burada etdiklərini unuda bilmərik. "Bavariya" məsələ ilə bağlı son qərarını verməyib. Lakin istənilən halda 70 milyon avroya birbaşa satın alma şərti işə düşməyib".

Qeyd edək ki, Kanselonun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.