"Mançester Yunayted" klubu baş məşqçisi ilə Erik ten Haqla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyinin dəyişməsindən asılı olmayaraq, 53 yaşlı mütəxəssis öz vəzifəsinə davam edəcək.
Niderlandlı çalışdırıcı ilə müqavilə 2 il müddətinə uzadılacaq və maaşı artırılacaq.
Qeyd edək ki, 2022-ci ildə "Mançester Yunayted"ə keçən Ten Haqın cari sözləşməsi 3 illikdir.