"Çelsi" qapıçısı Eduardo Mendi ilə yollarını ayırmağa hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, London təmsilçisi yay və qış transfer pəncərəsində heyətinə çoxlu futbolçu qatdığından və bu keçidlər üçün daha çox maliyyə sərf etdiyindən bir neçə futbolçunu göndərməlidir.  Bu mənada Seneqal millisinin üzvünə özünə yeni klub tapması söylənib. Bu barədə "Daily Mirror" məlumat yayıb. 

30 yaşlı qapıçı baş məşqçi Qrem Potterin gəlişindən sonra əsas heyətdəki yerini ispaniyalı qapıçı Kepa Arrisabalaqaya təhvil verib.

Qeyd edək ki, Eduardo Mendinin klubla müqaviləsi 2024-cü ildə başa çatır.