“Brayton” klubu yarımmüdafiəçisi Adam Lallana ilə yeni müqavil bağlayıb.
Offsideplus.az xəbər verir ki, yeni anlaşma 2024-cü ilin iyununa kimi nəzərdə tutulub.
Tərəflər arasındakı əvvəlki sözləşmə mövsümün sonunda başa çatırdı.
Lallana 2020-ci ilin yayında “Liverpul”dan azad agent kimi “Brayton”a keçib. 34 yaşlı futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində 18 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.