London "Arsenal"ının hücumçusu Qabriel Jesus zədəsini tam sağaldıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı forvard komanda ilə məşqlərə qatılıb. O, sonuncu dəfə 2022-ci ilin noyabrında "topçular"ın heyətində meydana çıxıb. Bundan sonra Jesus Qətərdə keçirilən dünya çempionatı üçün Braziliya millisinə yollanıb və sağ dizindən zədə alıb.
Qeyd edək ki, Jesus zədədən əvvəl paytaxt klubunun heyətində bütün turnirlərdə 20 oyun keçirib.