“Vest Hem” klubunun baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasında qələbə sayını 250-ə çatdırmaqla 3-cü pillədə qərarlaşıb.

Offsideplus.az xəbər verir ki, şotlandiyalı mütəxəssis yalnız Ferqyusonla (528) Vengerdən (476) geri qalır.

Moyes “Vest Hem”ə qədər “Everton”, MY və “Sanderlend”i də çalışdırıb.