“Vest Hem” klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays "Çelsi"yə keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu özü “Arsenal”da oynamaq istəsə də, “Çelsi” onun üçün hazırkı klubuna daha çox məbləğ ödəyəcək.

"Zadəganlar" “topçular”dan fərqli olaraq “Vest Hem”in istədiyi 110 milyon avronu qarşı tərəfə verməyə hazırdır.