“Çelsi” klubunun futbolçusu Tyaqo Silva 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az xəbər verir ki, “Tottenhem”ə 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın 25-ci tur matçında zədələnən 39 yaşlı braziliyalı müdafiəçi tibbi müayinədən keçib.

Silvanın diz bağlarından xəsarət aldığı müəyyənləşib.

Qeyd edək ki, “Çelsi” Premyer Liqada 24 oyunda 31 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.