“Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kante komanda ilə məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu ümumi məşqlərdən sonra fərdi məşqlərə keçid edib. Bir neçə həftədən sonra onun lazımi vəziyyətdə olacağı gözlənilir.
Kante 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında iki oyun keçirib. O, dizindən aldığı zədə səbəbindən bir neçə ay sıradan çıxıb. Eyni zamanda, futbolçu DÇ-2022-də də iştirak edə bilməyib.